“Neftçi” İtaliyaya Nazim Süleymanovla uçdu
05 dekabr 2012 11:48 (UTC +04:00)

“Neftçi” İtaliyaya Nazim Süleymanovla uçdu

Futbol üzrə Avropa Liqasında Azərbaycanı təmsil edən “Neftçi” klubu dekabrın 5-də İtaliyanın Milan şəhərinə yola düşüb. Lent.az-ın məlumatına görə, flaqman “İnter”lə VI turun oyununu keçirmək üçün saat 10:00-da çarter reysi ilə səfərə çıxıb.


Komandamız Bakı vaxtı ilə saat 22:00-da “Cüzeppe Meatsa” stadionunda oyun öncəsi son məşqinə çıxacaq. Məşqdən yarım saat əvvəl isə “ağ-qaralar”ın baş məşqçisi Böyükağa Hacıyev mətbuat konfransı keçirəcək. Oyun isə dekabrın 6-da elə həmin arenada yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə saat 00:05-də) başlayacaq.

Qeyd edək ki, “Neftçi” ilə səfərə çıxanlar arasında Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Nazim Süleymanov da olub. O, “İnter”lə görüşü izləyənlər arasında yer alacaq.
# 1934

Oxşar yazılar