İspaniyanın məşhur futbol klubu Azərbaycanı reklam edəcək - FOTO
Dekabrın 1-də İspaniyanın “Atletiko” klubu ilə Azərbaycan arasında strateji əməkdaşlıq müqaviləsinin təqdimetmə mərasimi keçiriləcək. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Madriddəki “Visente Kalderon” stadionunda baş tutacaq tədbir yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə saat 16:00) başlanacaq.
Mərasimə “Atletiko”nun prezidenti Enrike Sereso Torres və Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev qatılacaq. Tədbir zamanı klubun “Real Madrid”lə paytaxt derbisi üçün forması da nümayiş etdiriləcək. Formanın üzərində “Land of Fire Azerbaijan” (“Odlar yurdu Azərbaycan”) yazılıb. Oyun isə Bakı vaxtı ilə bu gecə saat 01:00-da başlanacaq.
Qeyd edək ki, “Atletiko” beynəlxalq strateji əməkdaşlığını genişləndirərək, ötən ay “Bakı” klubu ilə müqavilə imzalayıb. Madrid təmsilçisinin baş direktoru Migel Anxel Xil Martin Azərbaycan paytaxtında AFFA prezidenti Rövnəq Abdullayev və ölkəmizin digər rəsmiləri ilə görüşüb və idman, ticarət və imic brendi vasitəsilə klubun markasını tanıdıb. Anlaşmaya əsasən, ölkəmizin seçmə oyunçularından ibarət komanda ilə “Atletiko” arasında mövsümün sonunda yoldaşlıq görüşünün təşkili, eləcə də AFFA-nın dəstəklədiyi digər idman tədbirlərinin keçirilməsi, Azərbaycanın üstünlükləri və xüsusiyyətlərinin dünyada təbliği nəzərdə tutulub.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Çempionlar Liqası: “Fənər”dən qolsuz heç-heçə
21 avqust 2025 , 01:03
“Qalatasaray” onu 8 milyona satdı
20 avqust 2025 , 19:37
Fransada futbol klubu ləğv olunur
20 avqust 2025 , 17:56
Futbol tarixində ən çox oyun keçirən kimdir? - REKORD
20 avqust 2025 , 16:58
Premyer Liqa tarixinin ən pis baş məşqçisinin hazırda liqada çalışdığını bilirdinizmi?
20 avqust 2025 , 15:02
Müller 30 dəqiqə ərzində “Vankuver”in lideri oldu: Futbolçulara nəyi öyrətdi
20 avqust 2025 , 11:37
Angelina PSJ-nin yeni oyunçusunun həyat yoldaşıdır: 16 ildir bir yerdədirlər - FOTOLENT
20 avqust 2025 , 09:23