Kurban Berdıyev: “Əks-hücumlarda qol buraxacağımızdan qorxurdum”-FOTO
26 oktyabr 2012 02:05 (UTC +04:00)

Kurban Berdıyev: “Əks-hücumlarda qol buraxacağımızdan qorxurdum”-FOTO

“Əvvəla, Qurban bayramı münasibətilə hamınızı təbrik edirəm. “Neftçi” ilə oyun öncəsi məsciddə oldum və bayram namazı qıldım”. Lent.az-ın məlumatına görə, bunu Rusiyanın “Rubin” klubunun baş məşqçisi Kurban Berdıyev “Neftçi” ilə futbol üzrə Avropa Liqasında keçirdikləri oyundan sonra deyib.

Türkmənistanlı mütəxəssis Azərbaycan klubu üzərində 1:0 hesablı qələbə qazanmalarına baxmayaraq, matçın çətin keçdiyini bildirib: “Hələ oyundan öncə demişdik ki, “Neftçi” yaxşı qapanaraq, müdafiə olunmağı bacarır. “Neftçi”yə oynamaq imkanı verməməliydik. Çünki bu halda rəqib istədiyi oyunu sərgiləyəcəkdi. Daha çox əks-hücumda qol buraxacağımızdan qorxurdum. Məhz buna görə Pablo Orbaislə Bibras Natxoya istirahət vermədim. Bəzi hallarda “Neftçi”nin xətlərarası əlaqələrini dağıda bildik. Lakin ikinci hissədə rəqib bəzi hallarda öz oyununu yoluna qoya bildi. Həmin vaxt biz çətinliklər yaşadıq. Müdafiə xətlərində də boşluqlar tapmaq çətin idi. Gözlənildiyi kimi, oyun çətin keçdi. Ələ düşən imkanlardan yalnız birindən istifadə edə bildik”.

“Neftçi”dən çox öz komandası haqda danışmaq istədiyini deyən Berdıyev “Rubin” üçün Avroliqanın Rusiya Premyer Liqası kimi vacib olduğunu açıqlayıb. Lakin o, ölkə çempionatında elə də yaxşı çıxış etməmələrinə hakimlərin də mane olduğunu söyləyib: “Mən əksər vaxtlarda oyunlar zamanı sakit oluram. Amma Premyer Liqa matçlarımızda hakimlər özlərindən nə isə fikirləşdikdə əsəbiləşirəm”.

Təcrübəli mütəxəssis Avroliqadakı uğurlu çıxışlarına rəğmən, “Neftçi” ilə oyunda azarkeşlərin azlığını Rusiya çempionatında uğursuz nəticələrlə əlaqələndirib. Hazırda “Rubin” qitəmiqyaslı turnirdə 7 xal yığıb və “İnter”lə birgə H qrupunda ilk 2 yeri bölüşür. Rusiya Premyer Liqasında isə Kazan komandası12 turdan sonra 18 xalla 8-ci pillədə qərarlaşıb.
Elşən MƏMMƏDOV
Kazan
# 1066

Oxşar yazılar

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

18 may 2024 , 12:57
Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

18 may 2024 , 09:57
“Yuventus” baş məşqçisini qovdu

“Yuventus” baş məşqçisini qovdu

18 may 2024 , 07:13
Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56