“Rubin”in futbolçusu: “Məndən başqa nə cavab gözləyirdiniz?”
24 oktyabr 2012 20:39 (UTC +04:00)

“Rubin”in futbolçusu: “Məndən başqa nə cavab gözləyirdiniz?”

“Sabah biz evdə oynayacağıq. Doğma meydan amilindən də yararlanaraq, qələbə qazanmaq istəyirik. Ona görə də hücum futbolu sərgiləyəcəyik. Lakin lazım olduqda oyunumuzu dəyişəcəyik”. Lent.az-ın məlumatına görə, bunu Rusiyanın “Rubin” klubunun futbolçusu Alan Kasayev “Neftçi” ilə Avropa Liqasında oktyabrın 25-də keçirəcəkləri oyun öncəsi mətbuat konfransında deyib.

26 yaşlı yarımmüdafiəçi bildirib ki, lazım olduqda hücum etmələri, ehtiyat duyulduqda isə müdafiəyə üstünlük vermələrində problem olmayacaq. Kasayev “Neftçi” ilə matçın keçəcəyini bildirsə də, məğlubiyyət haqda düşünmədiklərini açıqlayıb: “İndidən udub-uduzacağımızı deyə bilmərəm. Matç çətin keçəcək. Amma biz özümüzü narahat hiss etməməliyik. Məğlubiyyətimizi faciə kimi qəbul edəcəyik? Bu haqda heç düşünmürük. Sabah hər şey bilinəcək”.

Rusiyalı jurnalistlərdən birinin “Komandanız Rusiyanı təmsil edir, yoxsa özü üçün oynayır?”sualı şimali osetiyalı futbolçunu özündən çıxarıb: “Biz Rusiyanı təmsil edirik. Başa düşmürəm, Siz başqa nə cavab gözləyirdiniz?”

Qeyd edək ki, Kazan şəhər Mərkəzi stadionunda keçiriləcək “Rubin” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Elşən MƏMMƏDOV
# 1094

Oxşar yazılar

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

18 may 2024 , 12:57
Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

18 may 2024 , 09:57
“Yuventus” baş məşqçisini qovdu

“Yuventus” baş məşqçisini qovdu

18 may 2024 , 07:13
Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56