Ukraynalı rəssam Bakı görüntülərindən Heydər Əliyevin portretini çəkdi
11 oktyabr 2012 11:48 (UTC +04:00)

Ukraynalı rəssam Bakı görüntülərindən Heydər Əliyevin portretini çəkdi

Lent.az-ın məlumatına görə, Ditinyuk bacarığını Unibank Premyer Liqasında 2011-2012-ci il mövsümü qaliblərinin mükafatlandırma mərasimində nümayiş etdirib.

O, əvvəlcə 4 ayrı-ayrı lövhə üzərində Bakının müxtəlif görməli məkanlarının təsvirini çəkib. Sonra isə rəssam onların üzərində işləyib və lövhələrin birləşdirilməsi nəticəsində Heydər Əliyevin portretini nümayiş etdirib. Beynəlxalq Muğam Mərasimində təşkil olunmuş tədbirdə muğam ifaçıları və Rusiyadan dəvət olunmuş “Slivki” qrupu da çıxış edib.

Qeyd edək ki, tədbirdə “İnter”ə bürünc, “Xəzər Lənkəran”a gümüş, “Neftçi”yə bürünc medal təqdim olunub. Eyni zamanda İdman Araşdırmalar Mərkəzinin ayrı-ayrı nominasiyalar üzrə jurnalistlər arasında keçirdiyi sorğunun qalibləri mükafatlandırılıb. Ən yaxşı qapıçı Kamran Ağayev (“Xəzər Lənkəran”), Ən yaxşı müdafiəçi Ruslan Abışov (“Neftçi”), Ən yaxşı yarımmüdafiəçi Adrian Pit (“Xəzər Lənkəran”), Ən yaxşı hücumçu Rauf Əliyev (“Qarabağ”), Ən yaxşı baş məşqçi Böyükağa Hacıyev (“Neftçi”), Mövsümün tapıntısı Nurlan Novruzov (“Bakı”), Ən yaxşı futbolçu Flavio Aleks Valensio (“Neftçi”) sayılıb.

Mövsümün bombardiri Bahodir Nasimov (“Neftçi”), Mövsümün ən yaxşı qolu Ceyhun Sultanov (“Kəpəz”), Ən yaxşı assistent Rəşad Abdullayev (“Neftçi”), Ən yaxşı baş hakimlər Fariz Yusifov, Əliyar Ağayev, Elçin Məmmədov, Ən yaxşı köməkçi hakimlər Mehman Mahmudov, Elman Musayev, Namiq Hüseynov, Yaşar Abbasov, Vaqif Musayev, Azər Əsgərov sayılıb. Həmçinin, Unibank Premyer Liqasının yayımlanmasında və təbliğində göstərdikləri xidmətinə görə “Futbol+” qəzetinə, www.azerisport.com, ww.qol.az, www.fanat.az saytlarına və İdman Araşdırmalar mərkəzinə Peşəkar Futbol Liqasının xüsusi mükafat və hədiyyələri təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2611

Oxşar yazılar

Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

17 may 2025 , 19:43
Neymarın   taleyi məlum oldu

Neymarın taleyi məlum oldu

17 may 2025 , 16:36
"Real" Ronaldonun oğlu  ilə maraqlanır

"Real" Ronaldonun oğlu ilə maraqlanır

17 may 2025 , 15:20
"Real" yeni müdafiəçi aldı

"Real" yeni müdafiəçi aldı

17 may 2025 , 10:00
Amerikalı basketbolçu edam edilə bilər

Amerikalı basketbolçu edam edilə bilər

16 may 2025 , 19:59
Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa  başladılar

Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa başladılar

16 may 2025 , 18:56
Avropa Liqasında qalib gəlsələr, bu qədər  mükafat alacaqlar

Avropa Liqasında qalib gəlsələr, bu qədər mükafat alacaqlar

16 may 2025 , 16:42
Zinəddin Zidan "Fənərbaxça"ya gəlir?

Zinəddin Zidan "Fənərbaxça"ya gəlir?

16 may 2025 , 14:18