“Bakı”nın futbolçusu Litva yığmasına çağırıldı
03 oktyabr 2012 13:39 (UTC +04:00)

“Bakı”nın futbolçusu Litva yığmasına çağırıldı

“Bakı” klubunun futbolçusu Deyvidas Çesnauskis Litva milli komandasına dəvət alıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi oktyabrın 12-də Lixtenşteyn, bundan 4 gün sonra isə Bosniya və Herseqovina ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçlarına çağırılıb.

Litvalılar hər iki oyunu səfərdə keçirəcəklər.
# 691

Oxşar yazılar