Fatih Terim ingilis polislərlə toqquşdu - FOTO
Türkiyənin “Qalatasaray” futbol klubunun baş məşqçisi Fatih Terim İngiltərədə polislərlə mübahisə edib. Lent.az-ın məlumatına görə, hadisə “sarı-qırmızılar”ın “Mançester Yunayted”lə Çempionlar Liqası qrup mərhələsinin ilk tur oyununu keçirmək üçün getdiyi Mançester hava limanında baş verib.
50-dək azarkeş komandanı gül-çiçək və coşqu ilə qarşıladıqdan sonra avtobusa alqışlarla yola salıb. Bəzi fanatlar isə məşəl yandırıblar. Bu zaman onlarla polislər arasında qarışıqlıq yaranıb. Nəticədə 2 azarkeş saxlanılıb. Bunu görən Terim avtobusdan enib və ingilis polislərlə qısa müddətli mübahisəyə girişib. Onun tutulanları buraxmaq üçün etdiyi cəhdlər nəticəsiz qalıb. Saxlanılanlar Türkiyənin İngiltərədəki səfirliyinin müdaxiləsindən sonra axşam saatlarında buraxılıblar.
Qeyd edək ki, sentyabrın 19-da keçiriləcək “Mançester Yunayted” – “Qalatasaray” matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Oxşar yazılar

"Araz” evdə böyük hesabla məğlub oldu
7 avqust 2025 , 21:55
"Tottenhem"in ulduzu MLS tarixində ən bahalı transfer oldu
7 avqust 2025 , 18:56
Suares əylənir: penalti vurdu və kovboy papağında qeyd etdi
7 avqust 2025 , 17:34
"Əl-Hilal" və "Liverpul" onun transferi üçün razılığa gəldi
7 avqust 2025 , 14:52
Ronaldo bir dəfə Messiyə zəng edib: hansı xoş xəbəri söyləyib?
7 avqust 2025 , 11:49
İbrahimoviç mənfi enerjidən xilas olmaq üçün görün nə etdi
7 avqust 2025 , 09:23
Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk turu - NƏTİCƏLƏR
7 avqust 2025 , 01:06