
Nigar Camal və Harri Kasparov “Azərbaycan Günü”ndə
Sentyabrın 7-də Türkiyənin İstanbul şəhərində “Azərbaycan günü” keçirilib. Lent.az-ın bu ölkəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, tədbir Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə “Polat Renaissance” otelinin “Daphne” restoranında baş tutub. Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, nazirlik və federasiya rəsmiləri ilə yanaşı, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İllümjinov, məşhur bakılı şahmatçı Harri Kasparov, “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal, müxtəlif ölkələrin şahmat qurumlarının rəsmiləri və digər qonaqlar qatılıblar. Onlar Azərbaycan və türk mətbəxinin yeməklərindən dadıblar və ölkəmizin müxtəlif sahələrdə, o cümlədən, mədəniyyət və idman sahəsindəki uğurlarından bəhs edən fotostendlərə, videoçarxlara tamaşa ediblər.
Türkiyə Şahmat Federasiyasının prezidenti Ali Nihat Yazıçı 2016-cı il Şahmat Olimpiadasına namizədlik uğrunda mübarizədə azərbaycanlı həmkarlarına uğurlar arzulayıb. Rəhimov isə sentyabrın 8-də keçiriləcək seçkidə qalib olacaqları halda, olimpiadanı ən yüksək səviyyədə təşkil edəcəklərinə söz verib.
Elşən MƏMMƏDOV
Türkiyə Şahmat Federasiyasının prezidenti Ali Nihat Yazıçı 2016-cı il Şahmat Olimpiadasına namizədlik uğrunda mübarizədə azərbaycanlı həmkarlarına uğurlar arzulayıb. Rəhimov isə sentyabrın 8-də keçiriləcək seçkidə qalib olacaqları halda, olimpiadanı ən yüksək səviyyədə təşkil edəcəklərinə söz verib.
Elşən MƏMMƏDOV
Oxşar yazılar

Dünya çempionatı: Güləşçilərimiz iki medal qazandı
19 avqust 2025 , 01:41
Lukas Torrera sevgilisindən AYRILIB
18 avqust 2025 , 15:54
Dünyanın ən seksual avtomobil yarışçısı açıq bikinidə fotosunu yaydı
18 avqust 2025 , 12:23
Yamal həqiqətən müğənni ilə sevişir? Qızı oyunda görüblər
17 avqust 2025 , 13:32
Salah Premyer Liqanın ilk turunda qol vuran rekordçudur: dörd əfsanə geridə qaldı
17 avqust 2025 , 10:03
"Bavariya" Almaniya Superkubokunu qazandı
17 avqust 2025 , 01:27
"Barselona" səfərdə qalib gəldi
17 avqust 2025 , 00:31