İdman Araşdırmalar Mərkəzinə PFL-dən etimad
29 avqust 2012 14:51 (UTC +04:00)

İdman Araşdırmalar Mərkəzinə PFL-dən etimad

2011-2012-ci il mövsümündə Unibank Premyer Liqasında ən yaxşı oyunçular və baş məşqçinin seçimi məqsədilə sorğunun aparılması İdman Araşdırmalar Mərkəzinə (İAM) həvalə olunub. Lent.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası (PFL) ilə İAM arasında razılıq əldə edilib.



Sorğu ötən mövsüm PFL-lə sıx əməkdaşlıq etmiş və çempionatın işıqlandırılmasında yaxından iştirak etmiş 40-dək mətbu orqan (hər mətbu orqandan 1 təmsilçi olmaqla) arasında 7 nominasiya üzrə aparılacaq.



Nominasiyalar aşağıdakılardır:



1. Unibank Premyer Liqası 2011/2012-ci il mövsümünün ən yaxşı qapıçısı;



2. Unibank Premyer Liqası 2011/2012-ci il mövsümünün ən yaxşı müdafiəçisi;



3. Unibank Premyer Liqası 2011/2012-ci il mövsümünün ən yaxşı yarımmüdafiəçisi;



4. Unibank Premyer Liqası 2011/2012-ci il mövsümünün ən yaxşı hücumçusu;



5. Unibank Premyer Liqası 2011/2012-ci il mövsümünün ən yaxşı baş məşqçisi;



6. Unibank Premyer Liqası 2011/2012-ci il mövsümünün ən yaxşı futbolçusu



7. Unibank Premyer Liqası 2011/2012-ci il mövsümünün tapıntısı (gənc futbolçusu).



Hər bir mətbu orqan bu nominasiyaların hərəsi üzrə 3 futbolçunun namizədliyini irəli sürəcək. 1-ci yerə 5 xal, 2-ci yerə 3 xal, 3-cü yerə 1 xal nəzərdə tutulub. Oyunçulara verilən xallar hesablanacaq və hər bir nominasiya üzrə qaliblər müəyyənləşəcək.



Sorğu forması respondentlərə göndəriləcək.
# 773

Oxşar yazılar

PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49
"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf  işə götürdü

"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf işə götürdü

1 may 2024 , 10:47
Çempionlar Liqası:  "Bavariya" "Real Madrid"lə heç-heçə edib

Çempionlar Liqası: "Bavariya" "Real Madrid"lə heç-heçə edib

1 may 2024 , 00:57
Ronaldo “Kruzeyro” klubunu  satdı

Ronaldo “Kruzeyro” klubunu satdı

30 aprel 2024 , 19:28