Avropa Liqası: “Neftçi” möhtəşəm oyunla qələbəni əldən verdi
24 avqust 2012 00:14 (UTC +04:00)

Avropa Liqası: “Neftçi” möhtəşəm oyunla qələbəni əldən verdi

Lent.az-ın məlumatına görə, Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçirilmiş qarşılaşma heç-heçə ilə nəticələnib – 1:1.



Matçın əvvəllərindən sonunadək üstünlük flaqmanın tərəfində olub. Rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaradan “ağ-qaralar” heç bir halda oyun vəziyyətlərindən fərqlənməyə müvəffəq olmayıblar. Hesab isə 82-ci dəqiqədə penaltidən açılıb. Flavinyoya qarşı kobudluq polşalı referi Robert Malek tərəfindən 11 metrlik cərimə zərbəsi kimi dəyərləndirilib. Flaqmanın yeni transferi Mahir Şükürov bu imkanı qaçırmayıb.



Amma cəmi 1 dəqiqə sonra “Neftçi”nin qapıçısı ilə müdafiəçisi arasındakı anlaşılmazlıq Səlim Benaşurun bərabərlik qolunu vurması ilə nəticələnib. Beləliklə, xeyli sayda fərqlənmək imkanını və ən əsası, qələbəni əldən verən flaqman vəziyyətini çətinləşdirib.



Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 30-da Nikosiyada baş tutacaq.



Elşən MƏMMƏDOV
# 2828

Oxşar yazılar

PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49
"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf  işə götürdü

"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf işə götürdü

1 may 2024 , 10:47
Çempionlar Liqası:  "Bavariya" "Real Madrid"lə heç-heçə edib

Çempionlar Liqası: "Bavariya" "Real Madrid"lə heç-heçə edib

1 may 2024 , 00:57
Ronaldo “Kruzeyro” klubunu  satdı

Ronaldo “Kruzeyro” klubunu satdı

30 aprel 2024 , 19:28