“Şrek” cizgi film seriyasındakı uzunqulaq personajının prototipi olan “Perri” ölüb.
Lent.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın Kaliforniya ştatının Palo Alto şəhərində eşşəklərə qulluq edən “Barron Park” paylaşım edib.
Qeyd edilib ki, “Perri “Şrek” filmindəki uzunqulaq personajının hərəkət modeli kimi töhfələri ilə Berron-Park icmasının və onun hüdudlarından kənarda insanların qəlbini fəth etmişdi.
Eşşək laminit xəstəliyindən – dırnaq buynuzu ilə dırnaq sümüyü arasında yerləşən həssas yumşaq toxumanın (laminanın) iltihabından əziyyət çəkirib. Perrinin çəkdiyi dözülməz ağrılar səbəbindən ona evtanaziya etmək məcburiyyətində qalıblar. Personal ağrını yüngülləşdirmək üçün akupunktura, lazer terapiyası və masaj daxil olmaqla bir çox üsul sınasa da, bu həftənin əvvəlində onun durumunun yaxşılaşmadığı aydın olub.
Qeyd edək ki, uzunqulaq ilk hissəsi 2001-ci ildə çıxmış “Şrek” franşizasındakı eyniadlı baş qəhrəman olan yaşıl divin ən yaxın dostudur. Cizgi filmi 487 milyon dollar qazanc gətirib və “DreamWorks Animation” studiyasını böhrandan xilas edib.
2010-cu ildə Şrek Hollivudun Şöhrət xiyabanında ulduz alıb. 2020-ci ildə cizgi filmi ABŞ-nin əhəmiyyətli filmlər reyestrinə daxil edilib. 2024-cü ildə studiya hekayənin davam edəcəyi barədə anons verib.