Futbolçudan boşanıb itlərə baxan, bikinidə şəkil çəkdirməyi sevən türk gözəli – HƏYAT HEKAYƏTİ
22 avqust 2020 16:06 (UTC +04:00)

Futbolçudan boşanıb itlərə baxan, bikinidə şəkil çəkdirməyi sevən türk gözəli – HƏYAT HEKAYƏTİ

Məşhur “Çalıquşu” filmində Fəridəni oynayan aktrisa Aydan Şener artıq 10 ildir ki, kinoya çəkilmir. Səbəbini kimsə bilmir, amma ehtimal olunur ki, aktrisa və model yaddaşlarda gənclik illərindəki kimi gözəl qalmaq istəyir. Hərçənd, onu son illər görənlərin fikrincə, Aydan Şener qətiyyən dəyişməyib, şair demiş, “üzündə gözəllik qaymaqlayıb”.

 

Aktrisanın əsli-kökü Kazandandır, Türkiyəyə mühacirət ediblər. Aydan Şener  1963-cü ilin martında Türkiyənin Kilis şəhərində dünyaya gəlib. Qızın beş yaşı olanda Bursaya köçüblər. Aydan orta məktəbi orda bitirib. Atası musiqişünas, anası evdar qadın idi. Qızın model olmaq istəyinə valideynləri anlayışla yanaşıb, onun tanınmaq istəyinə qarşı çıxmadılar. Gözəlliyi ilə karyera qurmaq istəyi Aydanı gözəllik müsabiqəsinə aparıb çıxardı. “Türkiyə gözəli” olan Aydan Şener 1981-ci ildə “Dünya gözəli” müsabiqəsinə yollandı. Venesuela gözəlindən geridə qalsa da Aydan bütün dünyada məşhurlaşdı.

 

Türkiyədə əvvəlcə reklamlarda, sosial çarxlarda, sonra isə filmlərdə çəkilməyə başladı. Onu ulduz edən isə “Çalıquşu” filmi oldu.

 

Fəridə obrazı üçün ən məşhur aktrisalar sınaq çəkilişinə qəbul olunmuşdu. Aydan Şener seçildiyi rolla 80-ci illərin ulduzuna çevrildi. Qadınlar həsədlə, kişilər sevgiylə (Kamrana həsədlə) bu serialın qəhrəmanını izləyirdilər. 7 seriyalı film bütün rekordları geridə qoya bilmişdi.

 

Bu uğurdan sonra aktrisa çox layihələrdə iştirak etdi, amma heç birində Fəridənin çatdığı zirvəyə ucala bilmədi.

 

2014-cü ildə onu həmin serialın ardına çəkilmək üçün dəvət ediblər. Aktrisa imtina edib. “Əsəri də, Fəridəni də o sevgidən məhrum edə bilərsiniz” - deyib.

 

İndi onun 57 yaşı var, amma 32 il əvvəl “Çalıquşu” filminə çəkiləndə olduğu kimi gözəldir - deyirlər.

 

Aktrisa filmə çəkilmədiyi kimi, kübar həyata da qatılmır. Onu bu qəbilli görüşlərdə, tədbirlərdə görmək mümkün deyil. 

 

90-cı illərin sonunda əri, futbolçu Ayhan Akbindən ayrılıb. Ayrılma səbəbi bilirsiniz nə olub? Futbolçu həyat yoldaşına ad günüdə hicab hədiyyə edib.

Sən demə, ailədaxili dartışma gedirmiş, futbolçu xanımının qapanıb evdə oturmasını istəyirmiş. Aydan isə bunu istəmirmiş.

 

Cütlüyün bir qızı var. Aydan Şener qızını böyüdür və xeyriyyəçiliklə məşğuldur. Evində xeyriyyə məqsədi ilə 12 it saxlayıb, onlara baxır. Atası və qızı ilə şəhər kənarında malikanədə yaşayan Aydan Şener tez-tez “kosmetoloqa gedirəm və bikinidə şəkil çəkdirməyi, bir də özümü sevirəm” - deyir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233611
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar