Zaqatalada itən turist nazir müşavirinin oğlu imiş - Atası da axtarışlara qoşuldu
09 iyun 2022 11:25 (UTC +04:00)

Zaqatalada itən turist nazir müşavirinin oğlu imiş - Atası da axtarışlara qoşuldu

Zaqatalada itkin düşən hindistanlı turistin axtarışları heç bir nəticə verməyib.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Mənsimov məlumat verib.

O qeyd edib ki, bu gündən axtarışlara itən turistin atası da qoşulub.

Buna qədər olan bütün axtarışlarda turistin qardaşı Dharan Kondaveeti də iştirak edib.

İtən turistin atası Purna Chandra Rao Kondaveetinin Hindistanda yüksək vəzifədə çalışdığı bildirilir. Bəzi mənbələr isə onun hətta nazir müşaviri olduğunu iddia edir. Oğlunun itkin düşmə xəbərini alan atası bir neçə gündən sonra dərhal Zaqatalaya gəlib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, turistin axtarışlarına xeyli sayda yerli sakinlər də qoşulub.

Ailəsi onu tapan şəxsə böyük məbləğdə mükafat vəd edib.

Qeyd edək ki, Hindistan vətəndaşı, 29 yaşlı Kondaveeti Manikathi mayın 12-də Zaqatala rayonunda otellərdən birindən dağa getmək adı çıxıb və geri qayıtmayıb.

# 7179
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Salyanda maşın piyadanı vurub öldürdü

Salyanda maşın piyadanı vurub öldürdü

27 may 2024 , 00:46
Azərbaycanlıların yaşadığı 15 kəndlə əlaqə kəsidi

Azərbaycanlıların yaşadığı 15 kəndlə əlaqə kəsidi

26 may 2024 , 18:52
Kür məcradan çıxır

Kür məcradan çıxır

26 may 2024 , 16:21
Astaraya qonaq gedən əcnəbi kürəkən  öldü

Astaraya qonaq gedən əcnəbi kürəkən öldü

26 may 2024 , 14:06
Qazaxda çay daşdı - YENİLƏNİB

Qazaxda çay daşdı - YENİLƏNİB

26 may 2024 , 12:53
Siyəzəndə 45 yaşlı kişi  özünü güllələdi

Siyəzəndə 45 yaşlı kişi özünü güllələdi

26 may 2024 , 11:43
Bakıda yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında YANĞIN

26 may 2024 , 10:13
Nardarandakı bu çimərliklə bağlı  QƏRAR

Nardarandakı bu çimərliklə bağlı QƏRAR

25 may 2024 , 22:57