Zaqatala sakini həmyerlisini bıçaqladı
07 avqust 2024 10:32 (UTC +04:00)

Zaqatala sakini həmyerlisini bıçaqladı

Zaqatalada bıçaqlanma hadisəsi baş verib.

Lent.az xəbər verir ki, avqustun 7-də gecə saat  01 radələrində Zaqatala rayonunun Qazangül qəsəbəsində 47 yaşlı Nadir Cumaəliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmin qəsəbə sakini, 1982-ci il təvəllüdlü Vitaliy Batayevə bıçaqla xəsarət yetirib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, V.Batayevə kəsici alətlə xəsarət yetirən N.Cumaəliyev polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Məhkəmə-tibbi ekspertizası təyin olunub, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14925
avatar

Oxşar yazılar