Yüzlərlə qonaq toylara buraxılmadı
15 noyabr 2021 09:45 (UTC +04:00)

Yüzlərlə qonaq toylara buraxılmadı

13-14 noyabr tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 181 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, monitorinq 149 şadlıq sarayında, 32 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 38 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 

- 644 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

# 1125
avatar

Mehman Nəbiyev

Oxşar yazılar