Yolu keçmək istəyəndə maşın vurub öldürdü
19 noyabr 2021 18:43 (UTC +04:00)

Yolu keçmək istəyəndə maşın vurub öldürdü

Noyabrın 18-də saat 18 radələrində Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər sakini M.Fərhadov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən piyadanı vurub. Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Noyabrın 18-də saat 17 radələrində Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisində Gəncə şəhər sakini O.Məmmədov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən piyadanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində  əməliyyat-axtarış tədbirləri aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1836
avatar

Mehman Nəbiyev

Oxşar yazılar