Yevlaxda yanğında xəsarət alan azyaşl öldü
22 iyul 2024 19:57 (UTC +04:00)

Yevlaxda yanğında xəsarət alan azyaşl öldü

Baş verən yanğın hadisəsi ilə əlaqədar 2 nəfər (kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Lent.az-ın məlumatına görə, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2000-ci il təvəllüdlü şəxsə bel nahiyəsinin yüngül yanıq xəsarətləri diaqnozu təyin edilib. Zəruri tibbi xidmətlər göstərilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

2022-ci il təvəllüdlü azyaşlıya bədənin bütün hissələrinin II və III dərəcəli diaqnozları təyin edilib. Vəziyyəti ağır olan azyaşlı Bakı şəhərindəki müvafiq tibb müəssisəsinə təxliyə olunarkən xəstəxanayaqədər ölüm qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1509
avatar

Oxşar yazılar