Yekaterinburq məhkəməsi Akif Səfərovu  22 günlük həbs etdi -FOTOLENT  -YENİLƏNİB
29 iyun 2025 13:15 (UTC +04:00)

Yekaterinburq məhkəməsi Akif Səfərovu 22 günlük həbs etdi -FOTOLENT -YENİLƏNİB

Yekaterinburq məhkəməsi Akif Səfərov barəsində də həbs qətimkan tədbiri seçib.

Lent.az-ın məlumatına görə, APA-nın Rusiya bürosu xəbər verir ki, məhkəmə ittiham tərəfinin tələbini təmin edib və A. Səfərovu 22 günlüyünə istintaq təcridxanasına göndərib.

Məhkəmənin qərarı ilə A. Səfərov barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilib.

 

***

12:54

Dövlət ittihamçısı Akif Səfərovun şübhəli şəxs qismində istintaqa cəlb olunduğunu söyləyib.

Lent.az-ın məlumatına görə,  APA-nın Rusiya bürosu xəbər verir ki, prokuror məhkəmədən onun barəsində 22 sutka həbs qətimkan tədbirinin seçilməsini istəyib.

 

***

11:53

Yekaterinburq məhkəməsi iyulun 27-də saxlanılan daha bir azərbaycanlı, Akif Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.

Lent.az-ın məlumatına görə, APA-nın Rusiya bürosu xəbər verir ki, A. Səfərov məhkəmə zalına gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1018

Oxşar yazılar