Yasa gedən 8 nəfər cərimələndi
07 aprel 2021 11:42 (UTC +04:00)

Yasa gedən 8 nəfər cərimələndi

Hacıqabulun Axtaçı Şirvan kəndində yas mərasimi keçirənlər müəyyən edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin ünvana baxış zamanı sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib. Polis əməkdaşları mərasimdə iştirak edən 8 nəfər barəsində qanunamüvafiq tədbir görüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1047
avatar

Mehman Nəbiyev

Oxşar yazılar