Karantində yas
27 aprel 2021 13:17 (UTC +04:00)

Karantində yas

Yas məclisi keçirənlər Polis Şöbəsinə aparıldı

Samuxda yas mərasimi keçirmək istəyənlər saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gələrək yas mərasimini dayandırıb. Mərasimi təşkil edilənlər rayon Polis Şöbəsinə gətirilib.

Şöbədə həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1800
avatar

Mehman Nəbiyev

Oxşar yazılar