Dələduzluq
11 dekabr 2020 10:29 (UTC +04:00)

Dələduzluq

Yarım milyonluq dələduzluq edənin işi MƏHKƏMƏDƏ

Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatındadır.

Qeyd edək ki, S.Həsənov vətəndaşların etibarından sui-istifadə edərək xüsusi xeyli miqdarda dələduzluq edib. Onun cinayət işi üzrə 7 nəfər zərərçəkən şəxs qismində tanınıb. İş üzrə dəymiş ziyanın 500 min manatdan çox olduğu bildirilir.

S. Həsənova Cinayət Məcəlləsinin 178.4-cü(dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1158
avatar

Mehman Nəbiyev

Oxşar yazılar