Xəzərin sahilində qadın və kişi   meyiti tapıldı - YENİLƏNİB
17 avqust 2022 13:57 (UTC +04:00)

Xəzərin sahilində qadın və kişi meyiti tapıldı - YENİLƏNİB

Sumqayıtda dənizdə meyiti tapılan şəxslərin kimliyi müəyyən olunub.

Lent.az APA-ya istinadən xəbər verir ki, Xəzər dənizinin Sumqayıt sahilində meyiti tapılan şəxslərin 1988-ci il təvəllüdlü Paşayeva Vüsalə Çingiz qızı və 1993-cü il təvəllüdlü Əzizli Fərid Telman oğlu olduğu bildirilir.

Onların dənizdə boğularaq öldükləri məlum olub.

Faktla bağlı araşdırma aparılır.

***

saat 13:09

Sumqayıtda dənizdən 2 meyit tapılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt sahilində qeydə alınıb.

Belə ki, istirahət mərkəzlərinin birinin sahilindən kişi və qadın meyitləri tapılıb. Meyiti tapılan şəxslərin 40-45 yaşlarında olduğu və hələlik kimliklərinin məlum olmadığı bildirilir. Onların ər-arvad olduğu ehtimal edilir. 

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6265

Oxşar yazılar