Yük maşını minik maşınının üstünə aşdı: 2 yaralı
29 oktyabr 2013 11:31 (UTC +04:00)

Yük maşını minik maşınının üstünə aşdı: 2 yaralı

Bu gün Gəndob-Yalama yolunun 6-cı kilometrliyində, Şabran rayonun Şahnəzərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Rusiya Federasiyasının Dağıstan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Çopanov Quseyin idarə etdiyi “Volvo” markalı yük maşını Xaçmaz rayon, Qaraqutdu kənd sakini, 1983-cü il təvəllüdlü Zöhram Qsımovun idarə etdiyi 27 BC 983 dövlət nömrə nişanlı “VAZ 2109” markalı avtomaşının üzərinə aşıb.

 

Qəza nəticəsində minik maşınının sürücüsü və onun həyat yoldaşı, 1984-cü il təvəllüdlü Naidə Qasımova xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

 

Qəzadan sonra yolda tıxac yaranıb. Qazaxıstana gedən yük maşınındakı balıq məhsulları yola dağılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1060

Oxşar yazılar