Noyabrın 21-də Azərbaycan yollarında baş vermiş avtomobil qəzaları nəticəsində 3 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisində ümumilikdə 12 ağır qəza baş verib. Nəticədə 3 nəfər ölüb, 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ölümlə nəticələnən yol qəzalarından ikisi Bakıda, biri isə bölgədə qeydə alınıb. Bundan başqa noyabrın 16-da Bakının Səbail rayonu ərazisində naməlum avtomobil tərəfindən vurulmuş Mehriban Əsgərova 6 gün sonra xəstəxanada vəfat edib.
Hər bir fakt üzrə araşdırmalar aparılır.