Bakıda qanunsuz silah saxlayan şəxs tutulub. Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yasamaı RPİ NMB və CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, iyunun 8-də R.Tağıyev küçəsində əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Bakı şəhər sakini Fərman Bayramov saxlanılıb. Ondan AKM avtomatı, ona aid daraq və 205 ədəd 5,45 kalibrli patron götürülüb.
Araşdırmalar davam etdirilir.
 
                 
                             
     
                                    