
Bakıda daha bir TİKİNTİ FACİƏSİ: 23 yaşlı fəhlə bu səbəbdən öldü
Neyrocərrahiyyə xəstəxanasında ölüm hadisəsi baş verib.
Lent.az-ın əldə etdiyi məlumata əsasən, bu barədə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsindən rayon prokurorluğuna bildirilib. Məlumatda göstərilir ki, oktyabrın 15-də Xətai rayonu, M.Mehdizadə küçəsində yıxılaraq kəllə-beyin travması ilə Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilən 1996-cı il təvəllüdlü Cəfərov Nahid Habil oğlu oktyabrın 22-də həmin xəstəxanada ölüb.
Aparılan ilkin araşdırma zamanı onun Xətai rayonu Telnov küçəsində birmərtəbəli tikiliyə dam örtüyü vurarkən yıxıldığı sübut olunub.
Hazırda faktla əlaqədar araşdırma davam edir.
Oxşar yazılar

Şüvəlanda dənizdə batan futbolçunun meyiti sudan çıxarıldı - YENİLƏNİB
18 iyul 2025 , 09:04
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05