Bakıda universitetdə qanlı dava
23 aprel 2013 11:01 (UTC +04:00)

Bakıda universitetdə qanlı dava

 

Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələr arasında dava düşüb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, H.Cavid prospektində yerləşən universitetin əsas binasında 1-ci kurs tələbəsi, Türkiyə vətəndaşı, 1995-ci il təvəllüdlü Fərəci Rəfail Ruslan oğlu orada təhsil alan digər tələbə, Trkiyə vətəndaşı 1993-cü il təvəllüdlü Canlar İsmayıl Kan oğlunu vurub. 18 yaşlı R.Fərəci həmkarına başla zərbələr endirib. İ.Canlar göz və üst çənə nahiyəsindən ağır xəsarət alıb. Universitetə təcili tibbi yardım çağırılıb.

Faktla əlaqədar araşdırmalar aparılır.

 

Qeyd edək ki, ilkin məlumatda dava edən tələbələrin Texniki Universitetin tələbələri olduğu qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3206

Oxşar yazılar