Televizor partladı, ev yandı, 80 yaşlı kişi öldü
09 aprel 2013 10:01 (UTC +04:00)

Televizor partladı, ev yandı, 80 yaşlı kişi öldü

 

Ağdam rayonunda faciəvi hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Dördyol qəsəbəsi ev 507 ünvanında televizor partlayıb. Nəticədə evdə yanğın başlayıb, orada tək yaşayan 1933-cü il təvəllüdlü Babayev Bəhmən Rza oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əl və bel nahiyəsindən 1-ci dərəcəli yanıq xəsarətləri alan 80 yaşlı kişi Bərdə rayon təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq 80 yaşlı B.Babayevin həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla əlaqədar araşdırmalar aparılır. B.Babayevin televizorun partlaması nəticəsində yaranmış zərbənin təsiri ilə aldığı xəsarətlərdən öldüyü bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2128

Oxşar yazılar