Tanınmış jurnalist vəfat etdi  - YENİLƏNİB
24 yanvar 2018 10:17 (UTC +04:00)

Tanınmış jurnalist vəfat etdi - YENİLƏNİB

 

Tanınmış jurnalist Nicat Məlikovun qəfil vəfatı ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, 39 yaşlı Məlikov Nicat Səməd oğlu dünən saat 17:50 radələrində Bayıl qəsəbəsi Elşən İsmayılov küçəsi 104 ünvanının qarşısında yıxılıb və dərhal təcili tibbi yardıma müraciət edilib. İlkin olaraq onun başının səkiyə dəyməsi nəticəsində aldığı zədədən vəfat etdiyi ehtimal edilsə də, az sonra infarkt keçirməsi və buna görə dünyasını dəyişdiyi müəyyənləşib. 
 
 
 
 

***

 

22:47

 

Tanınmış jurnalist Nicat Məlikov 39 yaşında dünyasını dəyişib.

 

APA-nın xəbərinə  görə, yaxınları bildirib ki, N.Məlikov dükana gedərkən qəfil özünü pis hiss edib və yerindəcə keçinib. Onun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.   

 

Qeyd edək ki, N.Məlikov  jurnalist fəaliyyətinə “Zerkalo” qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb.

  

N.Məlikov “APA Holdinq”ə daxil olan “Vesti.Az” saytında müxbir kimi çalışıb.

 

APA Holdinq”in kollektivi həmkarımız N.Məlikovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

 

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 287

Oxşar yazılar