
Son bir ayda Xəzərdə 9 nəfər boğulub
Son bir ay ərzində Xəzər dənizində 9 nəfər boğulub. Bu barədə APA TV-yə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. Stansiyanın Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidovanın sözlərinə görə, boğulan 9 nəfərdən ikisinin həyatını xilas etmək mümkün olsa da 7 nəfər həkimə çatmadan ölüb.
"Çimərlik mövsümü başlayandan bəri biz FHN əməkdaşları ilə birgə 15 çimərlikdə növbətçilik edirik. Xilasetmə məntəqələri olan hər bir çimərlikdə həkim briqadalarımız var. Amma təəssüf ki, boğulanların heç biri xilasetmə məntəqələri olan çimərliklərdə yox, qadağan olunan yerlərdə baş verib. Bütün boğulmalar Xəzər rayonu ərazində qeydə alınıb".
Günvurmalarla bağlı vəziyyət isə hələlik qənaətbəxşdir. Təcili yardımdan verilən məlumata görə, bu günə kimi cəmi 6 müraciət daxil olub ki, onların da hər birinə tibbi yardım edilib.
Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57