Sərnişin avtobusu dəhşətli qəzaya düşüb: ölənlər var
15 mart 2013 12:26 (UTC +04:00)

Sərnişin avtobusu dəhşətli qəzaya düşüb: ölənlər var

 

Şəmkir rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı-Qazax yolunun Şəmkirdən keçən hissəsində “İkarus” markalı sərnişin avtobusu ilə “VAZ 2107” markalı minik avtomobili toqquşub. Nəticədə avtomobilin sürücüsü Ayxan Abbasov və sərnişini Samir Cəfərov hadisə yerindəcə keçinib.

 

Faktla əlaqədar cinayət işi başlanılıb, hadisənin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5829

Oxşar yazılar