Şəmkirdə ağır yol qəzası: 2 ölü - YENİLƏNİB
04 oktyabr 2013 18:10 (UTC +04:00)

Şəmkirdə ağır yol qəzası: 2 ölü - YENİLƏNİB

Azərbaycanda yol polisinin iştirakı ilə baş verən qəzada sürücü və həyat yoldaşı ölüb.


 

Şəmkir Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi Bakı-Qazax yolunun 389-cu kilometrliyində Şəmkir rayonunda qeydə alınıb.

 

Yol Patrul Xidmətinin çavuşu, 1984-cü il təvəllüdlü Malik İbad oğlu Məhərrəmovun idarə etdiyi 20 CF 267 dövlət nömrə nişanlı, “Mercedes” markalı şəxsi avtomobillə 1968-ci il təvəllüdlü İlqar İslam oğlu Aslanovun idarə etdiyi “VAZ 2101” markalı avtomobil toqquşub.

 

Nəticədə “VAZ-2101” markalı avtomobilin sürücüsü və həyat yoldaşı 1972-ci il təvəllüdlü Təranə Aslanova ölüblər.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

 

 

***

 

saat 14:36

 

Bu gün günorta saatlarında Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan  keçən hissəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, “Mercedes” və “VAZ 21011” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb.

 

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsindən hadisə barədə daha sonra məlumat veriləcəyi bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1385

Oxşar yazılar