Şəhid gizirin medalı ailəsinə təhvil verildi
08 may 2016 17:32 (UTC +04:00)

Şəhid gizirin medalı ailəsinə təhvil verildi

Silahlı Qüvvələrimizin şəhid giziri Ruslan Qalib oğlu Ağayevin Azərbaycan prezidenti adından müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi  “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı mayın 8-də ailə üzvlərinə təqdim edilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə şəhidin  doğulduğu Lerik rayonunun Pirasora kəndindəki orta məktəbin həyətində medalın təqdimolunma mərasimi keçirilib.

 

Mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik  Abdulla Qurbani, rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, həmçinin kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edənlər Vətən torpaqları uğrunda şəhid olmuş Ruslan Ağayevin daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gələcək nəsillərə örnək olduğunu bildiriblər.

 

Daha sonra  şəhidin layiq görüldüyü medal onun atasına təqdim olunub. Şəhidin atası Qalib Ağayev oğlunun xatirəsini əziz tutduqlarına, ailəsinə göstərilən qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını çatdırıb.

 

Qeyd edək ki, Qazax bölgəsindəki N saylı hərbi hissədə müddətdən artıq xidmət keçən Azərbaycan Ordusunun giziri, 1991-ci il təvəllüdlü R. Ağayev 2015-ci il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə döyüş postunda olarkən Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 295

Oxşar yazılar

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

24 avqust 2025 , 01:32
Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35