Şamaxıda zəlzələ olub
01 avqust 2013 11:41 (UTC +04:00)

Şamaxıda zəlzələ olub

Bu gün Şamaxı rayonu ərazisində zəlzələ olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən 01 avqust 2013-cü il tarixində yerli vaxtla saat 10:21-da Pirquludan 11 km cənub-qərbdə zəlzələ qeydə alınması barədə məlumat daxil olub. Episentrdə yeraltı təkanların gücü 12 ballıq cədvəl üzrə 3,0 bal olub. Şamaxıda zəlzələ 3,0 bala qədər hiss olunub.

 

İlkin məlumata görə, dağıntı barədə məlumat daxil olmayıb.

# 931
avatar

Oxşar yazılar