Rayonlarda havanın temperaturu 33 dərəcəyə çatacaq
12 iyun 2013 12:39 (UTC +04:00)

Rayonlarda havanın temperaturu 33 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 13-də və14-də Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində  əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ayın 13-də gündüz şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 16-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. Ayın 14-nə gəlincə, gün ərzində mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz saatlarında 27-32 dərəcə olacaq.

 

Azərbaycanın rayonlarında iyunun 13-də və 14-də əsasən yağmursuz keçəcək. Sabah bəzi qərb rayonlarında  şimşək çaxacağı, qısa müddətdə yağış yağacağı gözlənilir.

Sabahdan etibarən hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək. Havanın temperaturunun gecə 16-21, gündüz 28-33, dağlarda gecə 6-11, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

# 482

Oxşar yazılar