Şəhid zabitimiz dəfn edildi
09 may 2016 13:59 (UTC +04:00)

Şəhid zabitimiz dəfn edildi

Azərbaycan ordusunun kapitanı şəhid Nəcməddin Savalanov dəfn edilib.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 31 yaşlı (1985-ci il təvəllüdlü) kapitan Nəcməddin Akif oğlu Savalanov bu gün doğulduğu İmişli rayonunun Göbəktala kənd məzarlığında dəfn edilib.

 

Dəfn mərasimində Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, İmişli rayon icra hakimiyyətinin rəsmiləri, kənd sakinləri, həmçinin şəhid zabitin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti iştirak edib. Şəhid zabit yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı şəhidin qardaşına təqdim edilib. Həmçinin kapitana təltif olunan “İgidliyə görə” medal şəhidin oğul övladının sinəsinə taxılıb.

 

Xatırladaq ki, aprelin 2-də təmas xəttində gedən döyüşlərdə ayağından və çiynindən ağır güllə yarası alan kapitan Nəcməddin Savalanov mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib. Şəhid  kapitan 3 övlad atası olub. İkisi qız, biri oğlan.

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 283

Oxşar yazılar

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

24 avqust 2025 , 01:32
Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35