Qubada qəza: 2 nəfər ölüb
06 avqust 2013 14:17 (UTC +04:00)

Qubada qəza: 2 nəfər ölüb

Bu gün günorta saatlarında Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


 

APA-nın şimal bürosunun məlumatına görə, hadisə Quba-Qusar yolunun 2-ci km-də, Dağlı kəndi ərazisində qeydə alınıb.

 

Qusar şəhər sakini, 1986-cı il təvəllüdlü Hüseynov Ramin Muxtar oğlunun idarə etdiyi 90 RB 238 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomaşın idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. 

 

Sürücü hadisə yerində keçinib, sərnişin, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Mehdiyev Elbrus Əlövsət oğlu isə müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu da xilas etmək mümkün olmayıb.

 

Quba Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisəyə yüksək sürətin səbəb olduğu ehtimal edilir.

 

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 935

Oxşar yazılar

Bakıda maşın kişini vurub öldürdü

Bakıda maşın kişini vurub öldürdü

14 may 2025 , 09:23
Gəncədə güclü külək və leysan fəsadlar törətdi

Gəncədə güclü külək və leysan fəsadlar törətdi

14 may 2025 , 08:39
Daşkəsəndə bir ailənin 3 üzvü  dəm qazından zəhərləndi

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

14 may 2025 , 08:13
Gəncədə küçələri su basdı -VİDEO

Gəncədə küçələri su basdı-VİDEO

14 may 2025 , 00:26
Lənkəranda "Audi"nin vurduğu qadın  öldü -VİDEO

Lənkəranda "Audi"nin vurduğu qadın öldü-VİDEO

14 may 2025 , 00:10
Tanınmış teleaparıcıya qarşı TƏXRİBAT:  onun adı ilə yazışdılar

Tanınmış teleaparıcıya qarşı TƏXRİBAT: onun adı ilə yazışdılar

13 may 2025 , 22:47
Bu il yanğınlarda 16,  partlayışlarda 4 nəfər ölüb

Bu il yanğınlarda 16, partlayışlarda 4 nəfər ölüb

13 may 2025 , 19:37
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

13 may 2025 , 19:33