Qubada körpü uçub, yük maşını çaya düşüb - YENİLƏNİB
26 oktyabr 2013 17:02 (UTC +04:00)

Qubada körpü uçub, yük maşını çaya düşüb - YENİLƏNİB

Bu gün Quba rayonunda körpü uçub.


 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, kəndlərarası yolu birləşdirən körpü ağır tonnajlı “Shacman” markalı yük avtomobilinin ağırlığına dözməyərək çöküb. Nəticədə yük avtomobili Qudyalçaya düşüb. Sürücü müxtəlif bədən xəsarətləri alıb.

 

Qeyd edək ki, körpü 2008-ci ildə inşa olunub. Uzunluğu 18 metr, eni isə 4 metrdir. Körpü rayonun Küsnətqazmalar, Qımılqazmalar kəndinlərini Quba-Xınalıq yolu ilə birləşdirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1595

Oxşar yazılar