![[b]Qazaxda satış məqsədi ilə daşınan ölü heyvan aşkarlandı[/b]](https://lent.az/storage/news/2019/may/21/big/acd4a755353fbf220195fefc61dd12dc.jpg)
[b]Qazaxda satış məqsədi ilə daşınan ölü heyvan aşkarlandı[/b]
Qazax rayonunda diri çəkisi 315 kq olan istehlaka yararsız, ölmüş heyvan cəmdəyi aşkar olunub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Qazax rayonu Aşağı Salahlı kəndi ərazisində vətəndaş Cəfərov Musa Cavad oğluna məxsus avtomobilin yük yerinə baxış keçiriblər.
Bu barədə Lent.az-a AQTA-dan məlumat verilib. Bildirilib ki, bu zaman avtomobilin yük yerindən daxili orqanları çıxarılmış, ölmüş heyvan cəmdəyi aşkar olunub. İlkin araşdırmalar zamanı ölü heyvanın satış məqsədi ilə Qazaxdan Gəncəyə daşındığı məlum olub.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyinin satışının qarşısı alınıb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb. Həmçinin, heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Oxşar yazılar

Cəlilabadda FACİƏ: 8 yaşlı uşaq hasarın altında can verdi
21 aprel 2025 , 22:15
Sumqayıt tekstil fabrikində zəhərlənənlərin sayı 21 nəfərə çatdı - YENİLƏNİB
21 aprel 2025 , 20:28
14 yaşlı qız tualetdə doğduğu körpəni zibil qutusuna atdı
21 aprel 2025 , 19:59
Ağcabədidə DƏHŞƏT: Küçədəki ağacdan özünü asdı
21 aprel 2025 , 19:20
Dəvəquşu fermasının sahibi özünü güllələdi
21 aprel 2025 , 19:17Göygöldə 43 yaşlı kişi fermada FACİƏLİ şəkildə öldü
21 aprel 2025 , 18:01
Bakıda marketdən 1500 manatlıq araq oğurladı, tutuldu
21 aprel 2025 , 17:04