Qardaşını bıçaqlanmaqdan qorumaq istədi, özü öldü
04 sentyabr 2013 13:59 (UTC +04:00)

Qardaşını bıçaqlanmaqdan qorumaq istədi, özü öldü

Avqustun 29-da Tovuz rayonunun Əyyublu kənd sakini İvan Hüseynov münaqişə zəminində həmkəndlisi Rəşid Əliyevi bıçaqla vurmağa cəhd göstərib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İvan Hüseynov bu zaman araya girmiş Rəşid Əliyevin bacısı Təranəyə bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş Təranə Əliyeva sentyabrın 3-də orada ölüb. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İvan Hüseynov tutulub. Faktla əlaqədar cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560

Oxşar yazılar