Qaçırdığı avtomobili aşırıb öldü
23 dekabr 2013 13:23 (UTC +04:00)

Qaçırdığı avtomobili aşırıb öldü

0

Sumqayıt şəhər sakini qaçırdığı avtomobillə ağır qəza törədib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 22-də saat 17:00 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Zaur Səmədov idarə etdiyi “Volkswagen” markalı avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb, sərnişini - həmyerlisi Umudəli Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Araşdırmalar zamanı qeyd edilən avtomobilin Saatlı rayon sakini Ağabala İsayevə məxsus olması, dekabrın 22-də Sumqayıt şəhəri ərazisindən Z.Səmədov və U.Əliyev tərəfindən qaçırılması müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1112

Oxşar yazılar