Lənkəranda bacı-qardaşın ölümü  ilə bağlı cinayət işi açıldı
20 sentyabr 2025 10:38 (UTC +04:00)

Lənkəranda bacı-qardaşın ölümü ilə bağlı cinayət işi açıldı

0

Lənkəranda bacı-qardaşı maşın vurub öldürməsi ilə bağlı cinayət işi açılıb.

Lent.az-ın məlumatına görə, hadisə Lənkəran-Lerik magistral yolunun Lənkəran rayonu Şovu kəndi ərazisindən keçən hissəsində baş verib.

Quluzadə Vurğun Asif oğlu idarə etdiyi “Mercedes-Benz C230” markalı avtomobillə yol kənarında hərəkətdə olan piyadalar - 8 yaşlı Əlizadə Günay Şamid qızı və qardaşı 11 yaşlı Ramidi vurub. Yaralılar xəstəxanaya aparılarkən yolda ölüblər.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar