Poçta basqın edən 4 nəfər tutuldu
10 dekabr 2013 12:25 (UTC +04:00)

Poçta basqın edən 4 nəfər tutuldu

Dekabrın 9-na keçən gecə Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisindəki 89 saylı Poçtdan oğurluq etmiş şəxslər yaxalanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, pəncərədən girmək yolu ilə içərisində 1500 manat dəyərində danışıq kartları, 300 dollar, 339 manat pul və möhür olan seyf oğurlamış 4 nəfər müəyyən edilib. Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakinləri Məhəmməd Əsgərov, Nicat Atababayev, əvvəllər məhkum olunmuşlar Ziya Baqautdinov və Sübhan Rüstəmov tutulub.

 

Araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 804

Oxşar yazılar