Paytaxtda və bölgələrdə saxlama müddəti ötmüş mallar aşkarlanıb
11 mart 2014 17:18 (UTC +04:00)

Paytaxtda və bölgələrdə saxlama müddəti ötmüş mallar aşkarlanıb

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti  monitorinqlər keçirilib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Monitorinqlər Bakının Yasamal, Suraxanı rayonlarında, eləcə də Sumqayıt, Şəmkir, Samux, Zərdab, Mingəçevir, Bərdə, Quba, Qobustan və Xaçmazda baş tutub. Ümumilikdə, monitorinqlər zamanı 680 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 443

Oxşar yazılar