<b>Oğuzda meşə yanır</b> - YENİLƏNİB
31 avqust 2017 16:17 (UTC +04:00)

Oğuzda meşə yanır - YENİLƏNİB

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında baş verən yanğınla bağlı məlumat yayıb.

 

 

ETSN-dən Lent.az-a verilən məlumata görə, yanğın baş vermiş əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları cəlb olunub.

 

Yanğının əhatə etdiyi ərazi sərt və hündür yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir.

 

Hava şəraiti isti və küləkli olduğundan yanğının söndürülməsində çətinliklər yaranıb. Hazırda yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər görülür.

***

15:24

Oğuzda meşə yanır. 

 

Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, rayonun Xaçmaz kəndində meşə zolağında yanğın olması ilə bağlı məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğında Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası əraziyə cəlb olunub və yanğınsöndürmə işlərinə başlanılıb.

 

Əlavə məlumat veriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 344

Oxşar yazılar

Lənkəranda maşın 10 yaşlı məktəblini vurdu

Lənkəranda maşın 10 yaşlı məktəblini vurdu

10 may 2025 , 18:21
Şəkidə AĞIR QƏZA:   yaralılar var

Şəkidə AĞIR QƏZA: yaralılar var

10 may 2025 , 17:17
Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

10 may 2025 , 16:42
Azərbaycanlı məmur 40 milyon  verib HƏBSDƏN ÇIXDI

Azərbaycanlı məmur 40 milyon verib HƏBSDƏN ÇIXDI

10 may 2025 , 16:05
Şabranda maşın ağaca çırpıldı, iki qardaş öldü

Şabranda maşın ağaca çırpıldı, iki qardaş öldü

10 may 2025 , 14:04
Beyləqanda körpə öldü  - YENİLƏNİB

Beyləqanda körpə öldü - YENİLƏNİB

10 may 2025 , 13:56
Azərbaycanda itkin düşən  qadın kanalda BOĞULDU - YENİLƏNİB

Azərbaycanda itkin düşən qadın kanalda BOĞULDU - YENİLƏNİB

10 may 2025 , 10:48
Bakıda məktəbli qız YOXA ÇIXDI

Bakıda məktəbli qız YOXA ÇIXDI

10 may 2025 , 10:01