Narkotik qaçaqmalçılığı ilə məşğul olan dəstə zərərsizləşdirildi
02 sentyabr 2013 10:24 (UTC +04:00)

Narkotik qaçaqmalçılığı ilə məşğul olan dəstə zərərsizləşdirildi

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə zərərsizləşdirib.


 

Bu barədə məlumatı APA-nın cənub bürosuna Lənkəran ŞRPŞ-nin müstəntiqi Əliağa Hüseynov verib. Onun sözlərinə görə, Samux rayon sakini, 31 yaşlı Yeganə Mirəziz qızı Ələsgərova Astara rayon sakini Roman və İran İslam Respublikasının vətəndaşı Fərhad adlı şəxslərlə qabaqcadan əlbir olaraq avqustun 26-da Biləsuvar gömrük sərhəd-buraxılış məntəqəsindən qonşu ölkənin ərazisinə keçərək Fərhaddan 5 bükümdə təmiz çəkisi 272,833 qram psixotrop maddə olan metilamfetamini, 3 bükümdə xalis çəkisi 419,112 qram heroini, o cümlədən 1 sellofon bağlamada təmiz çəkisi 51,311 qram heroini əldə edərək özündə saxlayıb.

 

Müstəntiqin sözlərinə görə, Y. Ələsgərova avqustun 27-də qeyd olunan narkotik vasitənin bir bükümünü anus dəliyində, 1 bükümünü cinsiyyət üzvündə gizlətməklə, digər 3 bükümünü isə alt paltarının altında saxlamaqla Astara sərhəd keçid məntəqəsindən keçərək Azərbaycan ərazisinə daxil olub. Daha sonra həmin narkotik vasitəni Lənkəran rayonunun Qumbaşı kəndi ərazisində Lənkəran şəhər sakinləri Məcidov Elçin Məhəmməd oğlu və Ağazadə Hüsaməddin Nurəddin oğluna satmaq istəyərkən polis şöbəsinin əməkdaşları tərəfindən yaxalanaraq şöbəyə gətiriliblər. Onların üzərinə və Yeganə Ələsgərovanın çantasına baxış keçirilən zaman qeyd olunan narkotik vasitələr aşkar edilərək götürülüb. Həmin 5 bükümdən 1 bükümü isə həkim nəzarəti altında Yeganə Ələsgərovanın anus dəliyindən aşkar edilərək götürülüb.

 

İstintaqa verdiyi ilkin ifadəsində 1 uşaq anası olan Yeganə Ələsgərova İran İslam Respublikasından bu üsulla dəfələrlə narkotik maddə keçirdiyini boynuna alıb. İlkin araşdırma zamanı dəstə üzvlərinin narkotik aludəçisi olduğu da üzə çıxıb. Onların sayının artacağı isə istisna olunmur.

 

Faktla bağlı Lənkəran ŞPŞ-də Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 206.3.2-ci maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 763

Oxşar yazılar

Bakıda maşın kişini vurub öldürdü

Bakıda maşın kişini vurub öldürdü

14 may 2025 , 09:23
Gəncədə güclü külək və leysan fəsadlar törətdi

Gəncədə güclü külək və leysan fəsadlar törətdi

14 may 2025 , 08:39
Daşkəsəndə bir ailənin 3 üzvü  dəm qazından zəhərləndi

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

14 may 2025 , 08:13
Gəncədə küçələri su basdı -VİDEO

Gəncədə küçələri su basdı-VİDEO

14 may 2025 , 00:26
Lənkəranda "Audi"nin vurduğu qadın  öldü -VİDEO

Lənkəranda "Audi"nin vurduğu qadın öldü-VİDEO

14 may 2025 , 00:10
Tanınmış teleaparıcıya qarşı TƏXRİBAT:  onun adı ilə yazışdılar

Tanınmış teleaparıcıya qarşı TƏXRİBAT: onun adı ilə yazışdılar

13 may 2025 , 22:47
Bu il yanğınlarda 16,  partlayışlarda 4 nəfər ölüb

Bu il yanğınlarda 16, partlayışlarda 4 nəfər ölüb

13 may 2025 , 19:37
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

13 may 2025 , 19:33