Mənzildən 74 yaşlı kişinin meyiti aşkarlanıb
07 oktyabr 2013 22:29 (UTC +04:00)

Mənzildən 74 yaşlı kişinin meyiti aşkarlanıb

Bakıda mənzildə meyit tapılıb. APA-nın verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Heydər Əliyev prospekti, 54/12 ünvanında 1939-cu il təvəllüdlü Quliyev Əli Əliş oğlunun meyitini aşkar edib.

 

Xilasedicilər mənzilə damdan daxil olub. Meyit hamam otağında tapılıb.

 

Hadisə yerinə polis çağırılıb. Meyit aidiyyəti üzrə təhvil verilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795

Oxşar yazılar