Mədət Quliyev yanğının səbəbini açıqladı - YENİLƏNİB
12 dekabr 2013 16:06 (UTC +04:00)

Mədət Quliyev yanğının səbəbini açıqladı - YENİLƏNİB

Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev dünən səhərə yaxın Penitensiar xidmətin Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda baş verən yanğının səbəbini açıqlayıb.


 

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən M.Quliyev bildirib ki, yanğına səbəb tibb bacısının ehtiyatsızlığı olub. Onun sözlərinə görə, tibb bacısı "Tefal" markalı su qızdırıcısını elektrik şəbəkəsinə qoşulu vəziyyətdə qoyduğu üçün qısaqapanmadan yanğın baş verib. O bildirib ki, xidmətin əməkdaşları qısa zamanda səfərbər olduğundan yanğının qarşısını ala biliblər və müəssisədə müalicə alan məhbusların heç biri xəsarət almayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1276

Oxşar yazılar