Gəncə şəhərində qətl hadisəsi törədilib. Gəncə şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Muxtar Hacıyev küçəsində 1985-ci il təvəllüdlü Kazımov Elxan Arif oğlu, həmyerlisi, 1978-ci ildə anadan olmuş Babayev Anar Novruz oğlunu qətlə yetirib. E.Kazımov özündən 7 yaş böyük həmyerlisinin başına dəmir alətlə öldürücü zərbələr endirib. A.Babayevin həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir. Faktla bağlı cinayət işi açılıb.