"İstisu" restoranında cinayət: döydülər, soydular, qaçdılar
14 oktyabr 2013 14:16 (UTC +04:00)

"İstisu" restoranında cinayət: döydülər, soydular, qaçdılar

Oktyabrın 13-də Binəqədi rayonu Xırdalan dairəsinin yaxınlığındakı “İstisu” restoranında quldurluq hadisəsi baş verib. Lent. az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Elvin Mehdiyev və onunla birgə olan Zaur adlı şəxs Sumqayıt şəhər sakini Vüqar Musayevi döyüb. Daha sonra həmin şəxslər E. Mehdiyevi bıçaqla hədələyib 100 manat pulunu, mobil telefonunu, qızıldan hazırlanmış boyunbağısını və üzüyünü ondan alıb.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E. Mehdiyev tutulub, Zaur adlı şəxsin tutulması istiqamətində tədbirlər görülür.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1512

Oxşar yazılar